Rusiya Müdafiə Nazirliyi BƏƏ-nin humanitar vasitəçiliyi ilə Ukrayna tərəfi ilə əsirlərin mübadiləsi barədə məlumat verib.
“Bu il avqustun 24-də danışıqlar prosesi nəticəsində Kursk vilayətində əsir götürülmüş 115 rusiyalı hərbçi Kiyev rejiminin nəzarətində olan ərazidən geri qaytarılıb. Bunun müqabilində Ukrayna Silahlı Qüvvələrinin 115 hərbi əsiri təhvil verilib”, – idarədən bildirilib.
Ukrayna əsirliyindən azad edilən hərbçilər müalicə və reabilitasiya üçün tibb müəssisələrində Rusiyaya aparılacaq.
Kursk vilayətində əsir götürülən ukraynalı hərbçilər daha əvvəl dindirmə zamanı bildiriblər ki, onlar təxminən bir sutka ərzində bölgədə qalıblar.
Mənbə RT rusca