İstanbulda Rusiya və Ukrayna arasında keçirilən danışıqların üçüncü raundu başa çatıb.
Doğru.az xəbər verir ki, görüş təxminən bir saat davam edib. Tərəflər arasında danışıqlar rus dilində aparılıb.
TASS agentliyinin məlumatına görə, bu barədə agentliyə danışan mənbə “Rus dilində” ifadəsini işlədib.
RT-nin müxbiri Konstantin Pridybaylo danışıqlardan sonra Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski ilə fotosunu yayımlayıb və onun əlində “qalın qovluq” olduğunu qeyd edib.
DOĞRU.AZ