image-ads_n1karobka_mobile
image-69d3f268ae5ac9079b12199ebackend

Rusiya Yaxın Şərqlə bağlı XƏBƏRDARLIQ ETDİ 

image-add-a-heading

Rusiya Xarici İşlər Nazirliyi ABŞ və İsrailin hərəkətləri fonunda Yaxın Şərqdə vəziyyətin sürətlə pisləşdiyini bəyan edib.

Doğru.az xəbər verir ki, nazirliyin rəsmi saytında yayılan açıqlamada vəziyyətin tam nəzarətdən çıxmaq təhlükəsi ilə üz-üzə olduğu bildirilib.

Bəyanatda qeyd olunub ki, ABŞ və İsrail tərəfindən atılan addımlar regionda gərginliyi artırır. Rusiya tərəfi hesab edir ki, bu proses Yaxın Şərqdə vəziyyəti daha da ağırlaşdırır.

Nazirlik həmçinin İran ətrafında mümkün müharibənin qlobal enerji və ərzaq təhlükəsizliyinə ciddi zərbə vurduğunu vurğulayıb.

Bundan əvvəl qurumun sözçüsü Mariya Zaxarova ABŞ-İsrail koalisiyasının regiondakı münaqişəni daha da alovlandırdığını bildirmişdi.

Rusiya tərəfi Yaxın Şərqdə vəziyyətdən narahat olduğunu qeyd edərək dərhal atəşkəs elan edilməsinə çağırış edib.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki