image-n1karobka_ads
image-123
image-68de752e02e8bd07564f2f60backend

Rusiyada şəkər qiymətləri barədə proqnoz: Artım gözlənilmir

image-ad_qayo_720x110px

Agro and Food Communications şirkətinin idarəedici partnyoru İlya Bereznyuk Rusiyada şəkərin qiymətlərinin artacağı ilə bağlı yayılan iddialara münasibət bildirib.

Doğru.az xəbər verir ki, ekspert şəkərin bahalaşması üçün heç bir əsas olmadığını qeyd edib: “Şəkərin qiymətinin qalxması üçün heç bir səbəb görmürəm. Bəzi bölgələrdə şaxtalar məhsuldarlığa təsir göstərsə də, şəkər çuğundurunun əkin sahələri 3 faiz artırılıb. Zavodların istehsalı isə 6,5-6,6 milyon ton təşkil edəcək”.

Onun sözlərinə görə, ölkənin illik daxili tələbatı 6 milyon tondan çox deyil, əlavə olaraq ən azı 350 min ton ehtiyat mövcuddur. Bu isə bazarda profisit yaradaraq qiymətlərin artmasına imkan verməyəcək.

Ekspert əlavə edib ki, payızın əvvəlində bazara yeni məhsulun çıxması və konservləşdirmə mövsümünün başa çatması səbəbindən qiymətlər adətən 3-5 faiz enir: “Mən şəkərin bahalaşacağına inanmıram, əksinə yaxın vaxtlarda ucuzlaşma gözlənilir”.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki