Rusiyanın xalq artisti Leonid Remnev Nijni Novqorod Gənc Tamaşaçılar Teatrında tamaşa zamanı dünyasını dəyişib.
Bu barədə Teatr Xadimləri İttifaqının regional bölməsinin VKontakte səhifəsində bildirilir.
“Kədərli xəbər: Rusiyanın xalq artisti Leonid Remnev dünən vəfat edib”, – mesajda deyilir.
TASS-ın məlumatına görə, Leonid Remnev “Vassa” tamaşası zamanı xəstələnib. Teatra gələn təcili yardım maşını sənətçini xilas etməyə vaxt tapmayıb. Onun 78 yaşı var idi. O, ömrünün 52 ilini teatra həsr edib, burada 100-dən çox rol oynayıb.
Bundan əvvəl Rusiyanın xalq artisti Mixail Muntyanın ölümü ilə bağlı xəbər yayılmışdı.
Mənbə TASS