image-2000x150px
image-123
image-ads_atlas
image-fotojet-4-5backend

Saakaşvili həbsdən mesaj yolladı

image-728x90px

Gürcüstanın keçmiş prezident Mixail Saakaşvili həbsinin qondarma ittihamlarla icra olunduğunu bildirib.

Oxu.Az-ın məlumatına əsasən, bu barədə məlumat Mixail Saakaşvilinin “Facebook” səhifəsində onun həbsxanadan ünvanladığı məktubda əksini tapıb.

Saakaşvili qeyd edib:

“Kiyevdən bura çıxıb gələndə bilirdim ki, saxta hökmlərlə həbs olunacağam”.

O daha sonra Gürcüstan xalqına müraciət edərək deyib: “Mənim, daha da önəmli olan Gürcüstanın azadlığı sizin hərəkətlərinizdən və mübariz ruhunuzdan asılıdır”.

Qeyd edək ki, M.Saakaşvili oktyabrın 1-də Gürcüstanın paytaxtı Tbilisidə saxlanılıb. O, Rustavi həbsxanasına aparılıb.

Gürcüstan hökuməti M.Saakaşvilini bir neçə maddə üzə (vəzifə səlahiyyətlərindən sui-istifadə, dövlət çevrilişi və s.) təqsirləndirir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki