Saatlı rayon sakini sakini atasından qalan avtomatı könüllü polisə təhvil verib.
Doğru.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib.
Belə ki, rayonun Nərimankənd kənd sakini evinin həyətindəki tövlədə söküntü işləri aparan zaman dünyasını dəyişən atasının orada gizlətdiyi bir ədəd avtomatı, iki ədəd darağı və 21 ədəd patronu aşkar edib və könüllü olaraq polis əməkdaşlarına təhvil verib.
Polis əməkdaşları vətəndaşa bu nümunəvi davranışa görə təşəkkür ediblər.
DOĞRU.AZ