Sabah, saat 10:00-dan 22:00-a qədər Bakının Xətai rayonunun bəzi ərazilərində suyun verilişində fasilələr olacaq.
Doğru.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.
Su kəsintisi ərazidə aparılacaq texniki işlərlə bağlıdır. Sakinlərdən su ehtiyatlarını qabaqcadan təmin etmələri xahiş olunur.
DOĞRU.AZ




























