image-2000x150px
image-123
image-ads_atlas
image-1708514704_1backend

Sabah Bakı metrosu saat 01:00-a qədər işləyəcək

image-728x90px

UEFA Avropa Liqasının keçid pley-off mərhələsində mübarizə aparan “Qarabağ” futbol klubunun ev oyunu ilə əlaqədar “Bakı metropoliteni” QSC-nin iş rejimində dəyişikliklər ediləcək.

Bakı metrosundan Doğru.az-a bildirilib ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) müraciəti əsasında gecə saatlarında başa çatacaq matça görə “Bakı metropoliteni” QSC-nin stansiyalarında iş saatları fevralın 22-dən fevralın 23-nə keçən gecə 1 saat uzadılacaq.

“Gənclik” stansiyasının yaxınlığında yerləşən Tofiq Bəhramov adına Respublika Stadionundan çıxacaq sərnişinlərin gecə saatlarında mənzil başına rahat çatması üçün bütün stansiyalar 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq. Həmçinin sərnişinlərin təhlükəsiz və rahat daşınması məqsədilə və qarşılaşmaya azarkeş marağı nəzərə alınaraq stansiyalarda bir sıra tədbirlər görüləcək.

“Paytaxtımızda təşkil edilən kütləvi tədbirlərlə əlaqədar “Bakı metropoliteni” QSC-nin əməliyyat planına uyğun olaraq, “Gənclik” stansiyasında gücləndirilmiş iş rejimi tətbiq olunacaq. Stansiyaya əlavə işçi qüvvəsi ayrılmaqla, növbətçilik cədvəli tərtib ediləcək. Ehtiyat tədbirlər “28 May” və “Nərimanov” stansiyalarında da nəzərdə tutulacaq. Ümumilikdə, gün ərzində Bakı metrosunun bütün stansiyalarında qatarlar payız-qış iş rejiminin iş günləri qrafikinə uyğun hərəkət edəcək. Axşam gur saat vaxtından sonra, zərurət yaranarsa, xəttə ehtiyat qatarlar buraxılacaq”, – deyə məlumatda bildirilir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki