image-n1karobka_ads
image-123
image-1662018796_qaz-olmbackend

Sabah bu ərazilərdə qaz olmayacaq

image-ad_qayo_720x110px

Səbail rayonunda çoxmərtəbəli yaşayış binasına məxsus qaz xəttinin şəbəkəyə qoşulması və tıxaclanması, həmçinin Badamdar qəsəbəsi, 54-cü küçədə yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması və üzərinə sayğacların köçürülməsi məqsədilə 16.10.2024-cü il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Bu barədə “Doğru.az”-a “Azəriqaz” İB-dən məlumat verilib.

Bildirilib ki, qaz təchizatı dayandırılan müddətdə Səbail rayonu, 1-ci və 2-ci massivlərin, Badamdar şosesinin, G.Qarayev, Z.Yusifzadə, S.Qədimova, Q.Abbasov, A.Əliyev, Ə.Nəzmi, L.Babayev, A.Məmmədov, M.Hüseynov küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki