image-2000x150px
image-123
image-ads_atlas
image-qaz-1backend

Sabah iki rayonda qaz olmayacaq

image-728x90px

Sabah Lerik və Yardımlı rayonlarının bir hissəsində qaz olmayacaq.

“Report”un məlumatına görə, Yardımlı rayonunun Vərgədüz, Bilnə və Bürzünbül kəndlərinin 500 abonentini təbii qazla təchiz edən diametri 110 millimetrlik ortatəzyiqli qaz xəttinin kipliyə sınaq edilməsi məqsədilə sabah saat 14:00-dan işlər başa çatanadək və eləcə də Lerik rayonunun Hıramo, Yuxarı Bilnə, Livədirqə, Mastayıl, Əvilə, Murya və Durğan kəndlərinin 550 abonentini qazla təmin edən müxtəlif diametrli yerüstü və yeraltı daşıyıcı qaz kəmərlərinin kipliyə sınaq edilməsi məqsədilə sabah saat 10:00-dan işlər yekunlaşanadək qaz təchizatının dayandırılması planlaşdırılır.

Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş edilir.

Sabah Salyan və Saatlı rayonlarının qaz təchizatında məhdudiyyət yaranacaq.

Bu barədə Oxu.Az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, Yenikənd-Biləsuvar avtomobil yolunun 58-ci km-də (Salyan şəhəri ərazisi) yerləşən hissəsinin genişləndirilməsi üçün tikinti sahəsinə düşən qaz kəmərinin təhlükəsiz əraziyə köçürülməsi məqsədi ilə əlaqədar olaraq, iyulun 9-da saat 10:00-dan etibarən işlər başa çatanadək Salyan şəhəri 20 Yanvar, Ə. Quliyev, İ. Quliyev küçələrində, həmçinin, Kürqaraqaşlı, Beştalı, Cəngən, Xocalı kəndlərində (ümumi 3 278 abonent) qaz təchizatının dayandırılması planlaşdırılır.

Həmçinin, “Qaratəpə” ölçü qovşağında quraşdırılmış kollektordan təbii qazla təmin edilən, diametri 315 mm olan “Qarayevkənd” ortatəzyiqli daxili qaz kəmərində kipliyin sınağı məqsədi ilə əlaqədar olaraq, iyulun 9-da saat 10:00-dan etibarən işlər başa çatanadək Saatlı rayonunun Qarayevkənd, Çolpı, Xanlarkənd, Azadkənd, Fətəlikənd və Günəşli kəndlərində (ümumi 2343 abonent) qaz təchizatının dayandırılması planlaşdırılır.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki