image-2000x150px
image-123
image-ads_atlas
image-baki-hava_-1backend

Sabaha olan hava proqrozu açıqlanıb

image-728x90px

Bakıda və Abşeron yarımadasında martın 22-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, gecə və səhər bəzi yerlərdə çiskinli olacağı, gecəyə doğru isə arabir yağış yağacağı ehtimalı var.

Axşam bəzi yerlərdə duman olacaq, cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-7, gündüz 8-12 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 759 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80% olacaq.

Azərbaycanın bəzi rayonlarında havanın arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 1-6, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki