image-n1karobka_ads
image-123
image-140310143958-largebackend

Sabahdan Azərbaycanda qohumlar arasında evlilik qadağan olunacaq

Doğru.az xəbər verir ki, Azərbaycanda sabahdan etibarən əmi, dayı, bibi və xala uşaqları arasında evliliyə qadağa qoyulacaq.

Bu qadağa Prezident İlham Əliyevin təsdiqlədiyi Ailə Məcəlləsinə edilən dəyişikliklərdə əksini tapıb. Yeni dəyişikliklərlə nikahın bağlanmasına mane olan hallar artırılıb.

İndi nikah aşağıdakı qohumlar arasında qadağan edilir:

Qardaşların və ya bacıların ümumi bioloji baba və ya nənəsi olan uşaqları;

Bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu.

Bu dəyişikliklər ailə qurarkən sağlamlıq və sosial normaların qorunmasını təmin etmək məqsədi daşıyır.

Əmi, dayı, bibi və xala uşaqları arasında evliliklər sabahdan etibarən qanunla qadağan edilir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki