image-n1karobka_ads
image-123
image-tia_10bb129ee956e23617542a67aa3d48b9_xobwgrqi8ekl91auj6mpbackend

Sabahdan bayram tətili başlayır

image-ad_qayo_720x110px

Sabahdan Azərbaycanda bayram tətili başlayır.

Doğru.az xəbər verir ki, 15 iyun Milli Qurtuluş Günü, 16-17 iyun Qurban bayramı günləridir.

Əmək Məcəlləsinə əsasən, həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir.

Bu il 15 iyun şənbə, 16 iyun bazar gününə təsadüf etdiyi üçün 18 və 19 iyun tarixləri də qeyri-iş günləri olacaq.

Bununla da, ardıcıl olaraq 15, 16, 17, 18 və 19 iyun tarixləri qeyri-iş günləridir.

Həmçinin, iyunun 26-da Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü qeyd ediləcək.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki