image-2000x150px
image-123
image-ads_atlas
image-305e159a6f3d1fcbackend

Sabahın hava proqnozu AÇIQLANDI: İntensiv yağış yağacaq

image-728x90px

Sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, bəzi yerlərdə yağıntının intensiv olacağı ehtimalı var.

Yağış axşama doğru tədricən kəsiləcək, şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 10-12, gündüz 13-15 dərəcə olacaq. Bakıda gecə 10-12, gündüz 13-15 dərəcə olacaq.

Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 775 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 4-9 dərəcə isti, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-6 dərəcə isti olacaq.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki