image-ads_n1karobka_mobile
image-fb_img_1777547873368backend

Sabiq nazirin elə görüntüləri yayıldı ki… – VİDEO

Azərbaycanın mərhum gənclər və idman naziri Azad Rəhimovun yeni görüntüləri yayılıb və sosial şəbəkələrdə böyük maraq doğurub.

Doğru.az xəbər verir ki, ölümünün 5-ci ildönümündə paylaşılan video vaxtilə məclislərin birində çəkilib.

Kadrlarda onun caz üslubunda və ingilis dilində mahnı ifa etdiyi anlar əks olunub. Rahat və xoş atmosferdə keçən məclisdə Azad Rəhimovun musiqiyə olan marağı və ifa bacarığı diqqət çəkir. Onun səmimi davranışları və musiqi ilə ifadə etdiyi emosiyalar izləyənlər tərəfindən xüsusi rəğbətlə qarşılanıb.

Görüntülər mərhum nazirin ictimai fəaliyyəti ilə yanaşı, fərqli və daha şəxsi tərəfini də ortaya qoyur. Video qısa zamanda geniş yayılıb.

Xatırladaq ki, A.Rəhimov 1964-cü il oktyabrın 8-də Bakıda anadan olub. 2006-2021-ci illərdə Azərbaycanın gənclər və idman naziri vəzifəsində çalışıb. Ağciyər xərçəngindən və qaraciyər serrozundan əziyyət çəkən sabiq nazir 2021-ci il aprelin 30-da müalicə aldığı Nyu-York şəhərində vəfat edib.\\“Yeni Sabah”

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki