image-ads_n1karobka_mobile
image-17188814191109561063_1200x630backend

Sabirabadda vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinləniləcək

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov iyunun 25-də Saatlı, Sabirabad, İmişli, Beyləqan və Xocavənd rayonlarından olan vətəndaşları qəbul edəcəkdir.

Bu barədə Doğru.az-a Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, qəbul saat 11:00-da Sabirabad rayonundakı Heydər Əliyev Mərkəzində (ünvan: Sabirabad rayonu, Heydər Əliyev prospekti) keçiriləcək.

Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinə (əlaqə vasitələri: (021) 246-62-99, (050) 562-72-32, chairman@scara.gov.az, dk-imishli@scara.gov.az) müraciət etmələri xahiş olunur.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki