image-2000x150px
image-123
image-ads_atlas
image-3b5219c1-d6a1-3a73-bc0f-ad4c2c8d5264_850backend

Şabran sakinindən külli miqdarda narkotik aşkarlanıb

image-728x90px

Şabran sakinindən külli miqdarda narkotik aşkarlanıb.

DİN-in mətbuat xidmətinin Quba regional qrupundan  verilən məlumata görə, Şabran Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə edilməsi, saxlanılması, daşınması və satılmasında şübhəli bilinən rayon sakini Cavid Hüseynov saxlanılıb.

Həmin şəxsin üzərinə və yaşadığı evə baxış keçirilən zaman yarım kiloqrama yaxın narkotik vasitə olan marixuana, psixotrop maddə olan metamfetamin və bir ədəd elektron tərəzi aşkar olunaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə həmin şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki