image-2000x150px
image-123
image-ads_atlas
image-img_20210430_091841_018backend

Sadıqov: “Bu gün meydanda istədiyim komandanı gördüm”

image-728x90px

“Oyun haqqında çox danışmaq istəmirəm. Gərək bir az sakitləşəsən və sonra baxasan ki, oyunda nələr baş verib. Uşaqların alnından öpürəm, onları bağrıma basıram. Futbolçularımla qürur duyuram. Bu gün meydanda istədiyim komandanı gördüm”.

Doğru.az xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “Keşlə”yə 2:3 hesabı ilə uduzduqları Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.

39 yaşlı mütəxəssis bildirib ki, oyunçular ilk dəqiqədən son saniyəyədək mübarizə aparıb: “Onların 10 nəfərlə hücuma atılmaları, qol epizodu yaratlmaları təqdirəlayiqdir. Mənim görmək istədiyim “Zirə” budur. Komandamın gələcəyi var, daha yaxşı işlər görəcəyik”.

Sadıqov oyundakı gərginlik səbəbindən özündən çıxdığını söyləyib: “Mən necə özümdən çıxdım? Baş hakimə bildirdim ki, penalti yoxdur, belə penalti vermirlər. Futbolçuların əziyyətinə heyfim gəlir. Bu məsələlərin kökündə nələrin durduğunu bilmirəm. Çox dərin məsələyə oxşayır. Çempionatda bizim xeyrimizə verilməyən penaltilər və qırmızı vərəqələr var. Qapımıza verilən haqsız penaltilər. Bir deyil, iki deyil. Hansı birindən danışaq? Bilmirəm ki, bunun arxasında nə dayanır’.

Baş məşqçi oyunda qırmızı vərəqə almasının səbəbini bilmədiyini vurğulayıb: “Mənə həqiqətən çox maraqlıdır. Texniki zonanı pozmuşamsa, sarı vərəqə versin. Mənə niyə qırmızı verdi? Bir kəlmə artıq söhbət işləməmişəm. Sadəcə, demişəm ki, penalti yoxdur”.

Mütəxəssisin sözlərinə görə, cərimə meydançasında hər toqquşma qırmızı vərəqə deyil: “Bilmirəm nə şərh bildirəm. Məsələ bizim avrokuboka düşməyimizdirmi? Getsək və ya getməsək, nə olacaq? Kuboku qazansam və ya qazanmasam, nə olacaq? Mənim üçün dəyişən bir şey yoxdur. Heç nə olmayacaq. Alınmasa, Rəşad dəyişilir və ya hörməti azalır? Mənə bir kuboka görə hörmət olacaqsa, mən elə hörmət istəmirəm”.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki