image-n1karobka_ads
image-123
image-17210412214758556558_1200x630backend

“Sağlam məhəllə” layihəsinin həyata keçirilməsi üçün ilkin olaraq 1,9 milyon manat vəsait ayrılıb – SƏRƏNCAM

image-ad_qayo_720x110px

Azərbaycan Prezidenti İlham Əliyev “Sağlam məhəllə” layihəsinin həyata keçirilməsi üçün vəsait ayrılması haqqında Sərəncam imzalayıb.

AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən, əhalinin sağlam həyat tərzinin təmin edilməsi məqsədilə “Sağlam məhəllə” layihəsi çərçivəsində cari ildə 25 şəhər və rayonda açıq meydançaların tikintisi və avadanlıqla təchizatı işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Gənclər və İdman Nazirliyinə ilkin olaraq 1,9 milyon manat vəsait ayrılıb.

Sərəncamda Maliyyə Nazirliyinə göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə isə bu Sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki