image-2000x150px
image-123
image-ads_atlas
image-fb_img_1644219156072backend

“Sağlamlığın qorunması” İctimai Birliyinin təşkilatçılığı ilə gənc rəssamların sərgisi keçirildi – FOTOLAR

image-728x90px

5 fevral 2022-ci il tarixdə “Sağlamlığın qorunması” İctimai Birliyinin sədri, t.ü.f.d. Yazgül Abdıyevanın təşkilatçılığı ilə “Gənclər günü” münasibətilə gənc rəssamların sərgisi keçirildi.

“Doğru.Az” xəbər verir ki,  sərginin keçirilməsində məqsəd gənclərin istedad və bacarıqlarının nümayişinə dəstək olmaq, onların bu növ layihələrdə iştirakını, eyni zamanda cəmiyyətdəki fəallığını təmin etməkdən ibarət idi.

“Sağlamlığın qorunması” İctimai Birliyi “ sağlam nəsil, sağlam gələcək” devizi altında bir çox layihələrə imza atmışdır. Artıq ikinci dəfə həyata keçirilən bu sərgi də onlardan biridir. Xətai sənət mərkəzində baş tutan sərgidə gənc rəssamların əsərləri sərgiləndi. Sərgidə Lalə Hüseynzadə, Emin Saqi, Könül Rüstəmbəyli, Aysun Səlimli, Sevinc Əhmədova, Arzu Cəfərzadə, Jalə Muradlının təxminən 100-yə yaxın qarışıq yağlı boya ilə, qumla və karandaşla çəkilən rəsm əsərləri nümayiş etdirildi. Həmçinin sərgidə piano və skripkada İranə Cəfərova və Zeyn Cəfərov çıxış etdi.

Sərgidə gənc rəssamlara və əməyi keçən təşkilatçılara “Sağlamlığın qorunması” İctimai Birliyinin sədri, t.ü.f.d. Yazgül Abdıyeva tərəfindən mükafatlar təqdim olundu. Sərgidə əməkdar artist Nuriyyə Hüseynova, şair-yazıçı Vahid Aslan, “Sara Xatun” İB-nin rəhbəri Pərvanə Mustafayeva, “Regional hüquqi və iqtisadi maarifləndirmə” İB-nın sədri Arzu Bağırova, jurnalist Vüsalə Qələndərli və Fəxriyyə Lipar sərginin keçirilməsilə bağlı ürək sözlərini bildirdilər.

DOĞRU.AZ

image-fb_img_1644219158689 image-fb_img_1644219168404 image-fb_img_1644219173225 image-fb_img_1644219175511 image-fb_img_1644219177734 image-fb_img_1644219180037 image-fb_img_1644219189035 image-fb_img_1644219191143 image-fb_img_1644219193267 image-fb_img_1644219182158 image-fb_img_1644219197841 image-fb_img_1644219216045 image-fb_img_1644219223193 image-fb_img_1644219229507 image-yenigundem_bc90598efb5fced12054244499b47cb6_xvcwfj0gnmrsu623o4b1 image-fb_img_1644219171063

 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki