image-2000x150px
image-123
image-ads_atlas
image-img_20210330_090525_835backend

Şahmat üzrə komandalarımız Avropa Kubokunun pley-offunda

image-728x90px

Doğru.az bildirir ki, Azərbaycanın iki komandası şahmat üzrə klublar arasında Avropa Kubokunda pley-off mərhələsinə vəsiqə qazanıb.

 

Şəhriyar Məmmədyarov, Qədir Hüseynov, Nicat Abasov, Vasif Durarbəyli, Eltac Səfərli və Cahangir Ağarəhimov kimi şahmatçılar olan “Odlar Yurdu” komandası 18 xalla E qrupunda lider olub.

 

Misrətdin İsgəndərov, Rəsul İbrahimov, Məhəmməd Muradlı, Günay Məmmədzadə, İsmayıl Şahəliyev və Nail Bəşirlinin yer aldığı “Təhsil İdman” da pley-offa yüksəlib. Komanda I qrupunda 15 xalla ikinci yeri tutub.

 

Digər komandalar – “Vüqar Həşimov” H qrupunda 13 xalla, “Gənclik” D qrupunda 11 xalla 3-cü, “Nakhchivan – Noah’s Land” isə G qrupunda 6 xalla 7-ci yeri tutub.

Reqlamentə əsasən, pley-offa vəsiqə qazanan 18 komanda üç qrupa bölünüb. Qrupda ilk üç yeri tutanlar final mərhələsinə vəsiqə əldə edəcək. “Odlar Yurdu” və “Təhsil İdman” B qrupunda “Novy Bor” (Çexiya), “Greco-Notary Chess Team” (Ukrayna), “Chartres Echecs” (Fransa) və “SF Deizisau e.V” (Almaniya) komandalarına rəqib olub.

 

Pley-off bu gün saat 16:30-da start götürəcək.

 

91 komandanın iştirak etdiyi Avropa Kubokunun mükafat fondu 14 min avrodur. Qalib komanda 4 min avro qazanacaq.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki