image-n1karobka_ads
image-123
image-1619449538_1619447033_avtobackend

Salyanda mikroavtobus kanala aşıb, ölən və yaralanan var

Salyan rayonunda mikroavtobusun kanala aşması nəticəsində bir nəfər ölüb.

Daxili İşlər Nazirliyinin (DİN)Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidov bildirib ki, bu gün səhər saatlarında Salyan rayonunun Xalac kəndi ərazisində həmin kənd sakini, 1952-ci il təvəllüdlü Qurban Gözəlov idarə etdiyi “Ford” markalı mikroavtobusla hərəkətdə olan zaman idarəetməni itirib və nəqliyyat vasitəsini yol kənarındakı su kanalına aşırıb.

Hadisə nəticəsində mikroavtobusda sərnişin qismində olan Xalac kənd sakini, 1962-ci il təvəllüdlü B.Eyyubova həyatını itirib, sürücü isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki