image-n1karobka_ads
image-123
image-xestexanabackend

Salyanda yanıq xəsarətləri alan yeniyetmə Bakıda xəstəxanada vəfat edib

image-ad_qayo_720x110px

Salyanda yanıq xəsarətləri alan yeniyetmə Bakıda xəstəxanada vəfat edib.

“Report”un Aran bürosunun məlumatına görə, iyulun 1-də müxtəlif dərəcəli yanıq xəsarətləri alan Salyan rayonunun Qarabağlı kənd sakini, 2008-ci il təvəllüdlü Seyid Rauf oğlu Nuriyev həkimlərin səyinə baxmayaraq, Bakıda müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

S.Nuriyev bu gün səhər saatlarında kənd qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, S.Nuriyev ocaqda yemək bişirən anasına kömək etmək məqsədilə odunun üstünə benzin tökərkən yanıq xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki