image-2000x150px
image-123
image-ads_atlas
image-fotojet-1backend

Samuxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən taksi sürücüsü saxlanılıb – FOTO

image-728x90px

Samux Rayon Polisi Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində hərəkətdə olan “Toyota Prius” markalı avtomobilin sürücüsü yol hərəkəti qaydalarını pozduğu üçün saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan  verilən məlumata görə, həmin nəqliyyat vasitəsini idarə edən Elgün Əşrəfovun narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan o, tibbi müayinədən keçirilib.

Müayinənin nəticəsinə əsasən, E.Əşrəfovun narkotik vasitədən istifadə etdiyi məlum olub. Şəxs barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə sürücü 8 sutka müddətinə inzibati qaydada həbs edilib.

DOĞRU.AZ

 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki