image-n1karobka_ads
image-123
image-screenshot_20250513_142257_photosbackend

SEA BREEZE-də möhtəşəm yay mövsümünə start verilir – Miri Yusif səhnədə

Doğru.az xəbər verir ki, iyunun 6-da dənizkənarı SEA BREEZE istirahət mərkəzində 2025-ci ilin yay musiqi mövsümünün rəsmi açılışı baş tutacaq. Artıq on ildən çoxdur ki, bu tədbir həm yerli sakinlər, həm də paytaxtın qonaqları tərəfindən xüsusi səbirsizliklə gözlənilir.

Konsertin baş ulduzu Azərbaycanın Xalq artisti, tanınmış müğənni və bəstəkar Miri Yusif olacaq. Sənətçi gecənin əsas səhnəsində öz repertuarından ən sevilən hitlərini təqdim edəcək.

Proqramda maraqlı sürprizlər də var. Miri Yusifdən öncə tamaşaçılar belaruslu ifaçı Dmitri Koldun və sosial şəbəkələrdə məşhurlaşan Amirçikin çıxışlarının şahidi olacaqlar.

Gecə isə Xəzərin sahilində möhtəşəm atəşfəşanlıqla yekunlaşacaq.

Biletlər iTicket.az saytı, mobil tətbiqi və şəhər üzrə bütün kassalarda satışdadır.

DOĞRU.AZ

image-miri-yusif-poster-4x5

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki