image-ads_n1karobka_mobile
“Səbail” növbəti mərhələdəbackend

“Səbail” növbəti mərhələdə

Azərbaycan kubokunda 2020/21 mövsümünə start verilib.

Doğru.az Qol.az-a istinadən xəbər verir ki, turnirin açılış oyunu Bakıda keçirilib.
“Səbail” “ASCO Arena”da birinci divizion komandası “Zaqatala”nı sınağa çəkib. Paytaxt təmsilçisi 3:2 hesablı qələbə qazanıb və növbəti mərhələyə vəsiqə əldə edib. Aftandil Hacıyevin komandası /4 finalda “Sumqayıt”la üz-üzə gələcək.

Qeyd edək ki, 1/8 finalın digər 3 oyunu (14:00. “Turan Tovuz” – “Qəbələ”, 16:00. “Qaradağ Lökbatan” – “Zirə”, 17:00. “Sabah” – “Kəpəz”) yanvarın 25-də keçiriləcək.
Azərbaycan kuboku, 1/8 final 24 yanvar (bazar) 15:00. “Səbail” – “Zaqatala” – 3:2 Qollar: Amil Yunanov, 26 (1:0), Roini İsmayılov, 31 (1:1), 40 (1:2), Adil Nağıyev, 62 (2:2), Əfran İsmayılov, 84 Hakimlər: Namiq Bəkirov, Namiq Hüseynov, Eyyub İbrahimov, Rövşən Rəcəbov “ASCO Arena”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki