image-n1karobka_ads
image-123
image-6608431f2afae6608431f2afaf17118175036608431f2afac6608431f2afadbackend

Səbail rayonu ərazisində avtoxuliqanlıq hərəkətləri edən sürücü saxlanılıb

“Hundai” markalı, 99-SY-403 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri etdiyi üçün Səbail rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyindən Doğru.az-a bildirilib ki, sürücü barəsində toplanmış materiallar aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə təqdim olunub. Məhkəmənin qərarı ilə sürücü Qasımov Araz Failxan oğlu 1 il sürücülük hüququndan məhrum edilməklə 500 manat məbləğində cərimə olunub.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki