image-n1karobka_ads
image-123
image-img_3442backend

“Səbail” “Turan Tovuz”la heç-heçə etdi

image-ad_qayo_720x110px

Azərbaycan Premyer Liqasında XXVIII turun növbəti oyunu keçirilib.

Doğru.az xəbər verir ki, “Səbail” “ASCO Arena”da “Turan Tovuz”u qəbul edib.

Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.

“Səbail”in heyətində 21-ci dəqiqədə Pedro Nuno hesabı açsa da, ilk hissəyə artırılmış 4-cü dəqiqədə “Turan Tovuz”un oyunçusu Fərid Nəbiyev penaltini dəqiq yerinə yetirərək tarazlığı bərpa edib.

Hesabında 38 xal olan “Səbail” turnir cədvəlində 6-cı, “Turan Tovuz” isə 36 xalla 7-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, tura martin 31-də yekun vurulacaq.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki