image-2000x150px
image-123
image-ads_atlas
image-img-20240112-wa0066backend

Seçki könüllülərinin səfər etdiyi şəhər və rayonların sayı iyirmi ikiyə çatıb – FOTO

image-728x90px

Region gənclərini fəal şəkildə səsvermə hüququndan istifadəyə təşviq etmək və seçki prosesləri ilə bağlı maarifləndirmə aparmaq məqsədi ilə ötən ilin dekabr ayının 28-dən etibarən ölkənin şəhər və rayonlarına edilən səfərlərin sayı 22-yə çatıb.

Seçki könüllüləri tərəfindən həyata keçirilən səyyar görüşlər 11,12 yanvar tarixlərində Culfa, Şahbuz, Qəbələ, Ağdam və İsmayıllı şəhər və rayonlarında baş tutub. Bu günədək Şirvan, Sabirabad, Şamaxı, Ağdaş, Ağcabədi, Mingəçevir, Gəncə, Cəlilabad, Naxçıvan, Masallı, Goranboy, Şərur, Qazax, Lənkəran, Astara, Şəki və Ordubadda həyata keçirilən və artıq yüzlərlə gənci məlumatlandıran seçki könüllüləri 7 fevral tarixinə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezident seçkilərində gəncləri fəal seçiciyə çevirməyi qarşıya məqsəd qoyaraq məsuliyyətli vətəndaş missiyasını uğurla icra edib.

Səyyar avtobuslarla edilən səfərlər zamanı qurulan platformalarda Culfa, Şahbuz, Qəbələ, Ağdam və İsmayıllı gəncləri, xüsusən də 18 yaşına çatmış və ilk dəfə səsvermə hüququna sahib olan vətəndaşlar seçki sistemi, seçicinin hüququ, seçkidə vətəndaşın iştirakının önəmi barədə məlumatlanma ilə yanaşı təşkil edilmiş intellektual və masaüstü oyunlarda, rəqəmsal alətlərdən istifadə qaydalarının mənimsənilməsində iştirak edərək maarifləndirici-əyləncəli zaman keçiriblər.

Gəncin səsi, Gələcəyin səsi!, Səs ver, Gələcəyini qoru! Şüarları ilə yola çıxan səyyar görüşlər Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı ilə icra edilib.

DOĞRU.AZ

image-img-20240112-wa0063 image-img-20240112-wa0065 image-img-20240112-wa0064

 

 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki