image-n1karobka_ads
image-123
image-6502d6be817c86502d6be817c916946848626502d6be817c66502d6be817c7backend

Sədərək İH başçısına yeni müavini təyin edilib

Naim Cahidzadə Sədərək Rayon İcra Hakimiyyəti başçısının müavini təyin edilib.

Bununla bağlı müvafiq sərəncam imzalanıb. Sərəncama əsasən, Naim Cahidzadə, həmçinin Sədərək Rayon İcra Hakimiyyəti başçısının vəzifələrini icra edəcək.

Qeyd edək ki, Naim Cahidzadə bu təyinatadək Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının İqtisadiyyat şöbəsinin müdiri vəzifəsində çalışıb.

Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Mahirə Adnayeva bir neçə gün əvvəl tutduğu vəzifədən azad edilib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki