Bəhreynin Moskvadakı səfiri Əhməd Əl-Saati bildirib ki, ölkəsinin hakimiyyət orqanları Rusiya prezidenti Vladimir Putini Bəhreynə səfərə dəvət edib.
Doğru.az xəbər verir ki, bu barədə RİA Novosti xəbər verir.
“Hökumətimiz Rusiya Federasiyasının cənab Prezidenti Vladimir Putinə dəvət göndərib və biz onun cavabını və ölkəmizə səfərini gözləyirik”, – deyə səfir bildirib.
O, Bəhreyn Kralı Həməd bin İsa Əl Xəlifənin Rusiyaya səfəri zamanı iki ölkə başçılarının səmərəli danışıqlar apardığını vurğulayıb.
Bundan əvvəl Bəhreyn səfirliyi kralın Putini özünün dostu hesab etdiyini bildirmişdi.
Dövlət başçılarının görüşü may ayında Moskvada baş tutub.
DOĞRU.AZ