image-ads_n1karobka_mobile
image-mehriban-eliyevabackend

Şəhid anasının Tural Zeynalova azadlıq tələbi – FOTO/VİDEO

Şəmkir şəhər şəhid ailələrinin məhbus Tural Zeynalovla bağlı Doğru. az saytında Azərbaycan Respublikasının Vitsa Prezidenti Mehriban xanım Əliyevaya müraciəti:

Hər birimizə Ukrayna və Rusiya arasında olan müharibə olduqca pis təsir edir, lakin biz öz daxili problemlərimizidə unutmamalıyıq. Biz Şəhid ailələri Mehriban xanım istəyirik günahsız yerə şərlənib həbs olunan Tural Zeynalovun işinə yenidən baxılsın.

Məhkəmə prosesinin düzgün şəkildə getmədiyindən xəbərdar olduğumuz üçün, sizin ədalətinizə inanıb sizə müraciət edirik.

Hörmətli Mehriban xanım Tural 44 günlük vətən müharibəsində vətəni, xalqı üçün çox əziyyətlər çəkib. Bunu təmənna güdmədən vətəninə olan dərin sevgisindən edib. Eləcədə müharibədən sonra şəhid və qazi ailələrini tək buraxmayıb hamısı ilə bir-bir maraqlanıb. Əlindən gələn maddi, mənəvi yardımlarını edib.

Bunlara baxmayaraq Şəmkir şəhər polis şöbəsinin əməktaşları Turalın pandemiya qaydalarını pozduğu iddeası ilə restoranına basqın edib Turalı həbs etmişdirlər. Basqın zamanı atasına eləcə də işçilərinə fiziki zor tətbiq etmişdirlər.

Turalı bir ay günahsız yerə həbsdə olub sonra ev dustaqlığına buraxıldı, ev dustaqlıqında olduğu zaman ardıcıl məhkəmələr oldu. Son məhkəmədə Turalın vəkilinin iştirak olmadan, şahidlər dindirilmədən Turalı həbs etdilər.

Bu məhkəmə prosesində Turala bir başa 2 il 6 ay həbs cəzası verildi. Sizə bildirmək istəyirik ki Tural qatı cinayətkar, cani deyil. Vətənini, xalqını sevən və can yandıran bir nümunəvi Azərbaycan vətəndaşdır.

Bunuda qeyd edək ki, Tural və atası eyni zamanda sahibkardırlar. 30 dan çox işçisiləri var, vergi ödəyicisidirlər. Eyni zamanda himayəsində bir neçə aztəminatlı ailələr var ki, hər ay mütəmadi olaraq onlara Tural maddi yardım edir. Pandemiya qaydalarını pozmaq adıyla onunla qatı cinayətkar kimi davranmaq heç bir vicdana sığmır.

Cənab prezident İlham Əliyev dəfələrlə çıxışlarında göstəriş verib ki, iş adamlarının fəaliyyətlərinə şərait yaradın onları incitməyin biz isə çox təəssüf ki, əksini görürük.

Buna görə bütün hüquq-mühafizə orqanlarından Şəmkir şəhid ailələri və Şəmkir sakinləri adından xahiş edirik bu məsələyə ciddi yanaşıb, ədalətli qərar versinlər, Tural azadlığa çıxsın.

Biz sizin ana ürəyinizə güvənib, Tural Zeynalovun azadlığa çıxmağında kömək etməyinizdən ötəri sizdən xahiş edirik.

Şəmkir şəhid ailələri və sakinləri tərəfindən hüquq-mühafizə orqanlarına yazılı şəkildə müraciət etmişik. Bu videoda danışan anamız isə Turalın dəstək olduğu şəhid ailələrindən biridir.

image-fb_img_1646838154189 image-fb_img_1646838162138 image-fb_img_1646838184253 image-fb_img_1646838197064 image-fb_img_1646838214285


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki