image-2000x150px
image-123
image-ads_atlas
Şəhidimizin xatirəsinə beynəlxalq yarış başladı-FOTObackend

Şəhidimizin xatirəsinə beynəlxalq yarış başladı-FOTO

image-728x90px

Doğru.az xəbər verir ki, vətən müharibəsi şəhidi Ülvü Məmmədovun xatirəsinə həsr olunmuş onlayn şahmat üzrə beynəlxalq Zəfər Kubokunun açılış mərasimi olub.

Onlayn formatda keçirilən mərasimdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, AİJF prezidenti Qabil Mehdiyev, şəhidin əmisi, qurumun İdarə Heyətinin üzvü Elşən Məmmədov, Quba Rayon Gənclər və İdman İdarəsinin rəisi Mustafa Nöhbalayev, beynəlxalq qrossmeyster Vasif Durarbəyli, şəhidin qardaşı Fərid Məmmədov, yarışın baş hakimi Fidan Talıbova və şahmatçılar iştirak ediblər.

Q.Mehdiyev bildirib ki, Vətən müharibəsində itirdiyimiz şəhidlər arasında idmançılar da az olmayıb. O, şəhidlərin adlarını uca tutmağa çalşdıqlarını söyləyib: “Qubada Ülvü Məmmədovun məzarını ziyarət etdik. Ailəsi ilə görüşdük. Atası Vüqar Məmmədov idman jurnalisti olduğundan qərara gəldik ki, şəhidimizin xatirəsini əbədiləşdirmək üçün turnir təşkil edək. Bu təşəbbüs yüksək qiymətləndirildi. Turniri ənənəvi etmək istəyirik”.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki