image-2000x150px
image-123
image-ads_atlas
image-img_20220124_105125_040backend

Şəhriyar Məmmədyarov qalib gəldi!

image-728x90px

Niderlandın Veyk-an-Zeye şəhərində keçirilən “Tata Steel Chess” turniri davam edir.

Doğru.Az xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov 8-ci turun görüşünü keçirib. Bu dəfə rəqib hindistanlı Rameşbabu Praqnanandha olub. Ağ fiqurlarla oynayan Məmmədyarov 46-cı gedişdə Praqnanandhanı təslim olmağa məcbur edib. Bununla da azərbaycanlı qrossmeyster 8 oyundan sonra xalını 5,5-ə çatdırıb və eyni xala malik norveçli dünya çempionu Maqnus Karlsenlə birgə ilk 2 pilləni bölüşür.

Qeyd edək ki, Şəhriyar Məmmədyarov “Tata Steel Chess”də 8 görüşünün 3-dən qələbə, 5-dən heç-heçə ilə ayrılıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki