image-ads_n1karobka_mobile
image-img_20220327_113400_970backend

Şəhriyar Məmmədyarov qələbə qazanıb!

Almaniyanın paytaxtı Berlindəki FİDE Qran-prisinin 3-cü mərhələsi davam edir.

Doğru.Az xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov bu gün növbəti görüşünü keçirib. 37 yaşlı qrossmeyster 4-cü turda ağ fiqurlarla almaniyalı Vinsent Kaymerlə üz-üzə gəlib. Oyun 63-cü gedişdə Məmmədyarovun qələbəsi ilə yekunlaşıb. Bu, Azərbaycan şahmatçısının Qran-pridəki ilk qalibiyyəti olub. B qrupunun digər görüşündə rusiyalı Daniil Dubov ABŞ-dan olan Lenyer Domingeslə heç-heçə edib.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki