image-2000x150px
image-970x50px
Şəhriyarla Aronyan üz-üzəbackend

Şəhriyarla Aronyan üz-üzə

image-728x90px

Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun 4-cü mərhələsinin püşkü atılıb.

Doğru.az xəbər verir ki, Azərbaycan təmsilçilərindən Şəhriyar Məmmədyarov ilk turda Ermənistan təmsilçisi Levon Aronyanla qarşılaşacaq. Teymur Rəcəbov isə birinci turda niderlandlı Aniş Giri ilə üz-üzə gələcək. Rəcəbov ağ, Məmmədyarov qara fiqurlarla oynayacaq.

İki azərbaycanlı şahmatçı arasında görüş isə 13-cü turda oynanılacaq. Azərbaycan şahmatçılarının bütün görüşlərinin təqvimi belədir:
1-ci tur Levon Aronyan (Ermənistan) – Şəhriyar Məmmədyarov Teymur Rəcəbov – Aniş Giri (Niderland)
2-ci tur Teymur Rəcəbov – Alan Piçot (Argentina) Şəhriyar Məmmədyarov – Daniil Dubov (Rusiya)
3-cü tur Uesli So (ABŞ) – Teymur Rəcəbov Hikaru Nakamura (ABŞ) – Şəhriyar Məmmədyarov 4-cü tur Şəhriyar Məmmədyarov – Yorden van Forest (Niderland) Teymur Rəcəbov – Levon Aronyan (Ermənistan)
5-ci tur Daniil Dubov (Rusiya) – Teymur Rəcəbov Maksim Vaşye-Laqrav (Fransa) – Şəhriyar Məmmədyarov
6-cı tur Şəhriyar Məmmədyarov – Alireza Firuzca (FIDE) Teymur Rəcəbov – Hikaru Nakamura (ABŞ)
7-ci tur Yorden van Forest (Niderland) – Teymur Rəcəbov Maqnus Karlsen (Norveç) – Şəhriyar Məmmədyarov
8-ci tur Şəhriyar Məmmədyarov – David Anton (İspaniya) Teymur Rəcəbov – Maksim Vaşye-Laqrav (Fransa)
9-cu tur Alireza Firuzca (FIDE) – Teymur Rəcəbov Nils Qrandelius (İsveç) – Şəhriyar Məmmədyarov 10-cu tur Aniş Giri (Niderland) – Şəhriyar Məmmədyarov Teymur Rəcəbov – Maqnus Karlsen (Norveç)
11-ci tur David Anton (İspaniya) – Teymur Rəcəbov Şəhriyar Məmmədyarov – Yan Nepomnyaşi (Rusiya)
12-ci tur Sergey Karyakin (Rusiya) – Şəhriyar Məmmədyarov Teymur Rəcəbov – Nils Qrandelius (İsveç)
13-cü Şəhriyar Məmmədyarov – Teymur Rəcəbov 14-cü tur Teymur Rəcəbov – Yan Nepomnyaşi (Rusiya) Alan Piçot (Argentina) – Şəhriyar Məmmədyarov
15-ci tur Şəhriyar Məmmədyarov – Uesli So (ABŞ) Sergey Karyakin (Rusiya) – Teymur Rəcəbov
Qeyd edək ki, püşkə əsasən, ilk 5 tur martın 13-də, 6- 10-cu turlar martın 14-də, 11- 15-ci turlar martın 15-də keçiriləcək. İlkin mərhələnin yekununda 8 ən güclü şahmatçı 1/4 finala yüksələcək. Turnirə martın 21-də yekun vurulacaq.

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki