image-n1karobka_ads
image-123
image-17167846392682216525_1200x630backend

Şəkidə “Kalaşnikov” satan şəxs saxlanılıb – FOTO

image-ad_qayo_720x110px

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı 1975-ci il təvəllüdlü Namiq Məmmədov saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Doğru.az-a bildirilib ki, ondan “Kalaşnikov” avtomatı, daraq və 30 ədəd patron aşkarlanıb.

Saxlanılan şəxs silahı bir müddət əvvəl satmaq niyyəti ilə əldə etdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, N.Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.

Son günlərdə polis əməkdaşlarının Şəki şəhərində keçirdikləri tədbirlərlə vətəndaşlardan biri “Makarov” markalı tapança olmaqla, ümumilikdə 18 odlu silah götürülüb.

DOĞRU.AZ

image-1716784639619350283_1200x630 image-17167846395357158006_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki