image-2000x150px
image-fotojet-2022-12-19t204323-435backend

Şəkidəki qəzada xəsarət alanların kimliyi məlum oldu – YENİLƏNİB

image-728x90px

Şəkidə baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin kimliyi məlum olub.

Bunlar rayonun Çayqaraqoyunlu kənd sakinləri – sürücü Elçin Məmmədov, avtomobildə olan sərnişinlər – Rəqsanə İbrahim qızı Quliyeva, Günay Şəfaqət qızı Həşimova, Gülay Cəmil qızı Həşimova, Cəlil Cəmil oğlu Əhmədov və Elif Mikayıl qızı Həşimovadır.

Hazırda onların müayinəsi Şəki RMX-da davam etdirilir.

Qeyd edək ki, Şəkidə baş verən ağır yol qəzasında ölən və xəsarət alan şəxslər iki ailənin üzvləridir. Onlar rayonun Bideyiz kəndindən yaşadıqları Çayqaraqoyunlu kəndinə qayıdırlarmış.

00:35

Şəkidə baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən azyaşlıların kimliyi məlum olub.

Qəza zamanı hadisə yerində ölən azyaşlılar rayonun Çayqaraqoyunlu kənd sakinləridir.

Bunlar 2016-cı il təvəllüdlü Elşad Mikayıl oğlu Həşimov və 2013-cü il təvəllüdlü Çiçək Cəmil qızı Əhmədovadır.

00:34

Şəkidə ağır yol-nəqliyyat hadisəsi baş verib, ölənlər və yaralananlar var.

rayonun Çayqaraqoyunlu kənd sakini Elçin Məmmədovun idarə etdiyi 30-BK-823 dövlət qeydiyyat nişanlı VAZ-21011 markalı avtomobillə hərəkətdə olarkən qarşısına çıxan inəyi vurub.

Daha sonra idarəetmədən çıxan avtomobil yol kənarında dərəyə aşıb. Qəza zamanı sürücü xəsarət alıb. O, Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Avtomobildə olan iki azyaşlı isə hadisə yerində ölüb.

Qəzaya dumanlı havanın səbəb olduğu ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

UĞURLU GƏLƏCƏK NAMİNƏ