image-2000x150px
image-123
image-ads_atlas
image-65f271bbdfb0c65f271bbdfb0d171038764365f271bbdfb0865f271bbdfb0abackend

Şəmkirdə narkotacirlərə qarşı əməliyyatlar keçirilib

image-728x90px

Şəmkirdə narkotacirlərə qarşı əməliyyatlar keçirilib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə İrandan qeyri-qanuni yolla gətirilmiş narkotiklərin satışını təşkil edən rayon sakini Əliyev Emin saxlanılıb.

Onun üzərindən və evindən 5 kiloqramdan artıq heroin aşkar edilib.

Bundan başqa şöbə əməkdaşlarının keçirdikləri digər tədbirlər zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Ceyhun Sadıqov, Nurlan Məmmədəliyev və Vüsal Abbasov saxlanılıblar. Onlardan müxtəlif növ narkotik vasitələr aşkar olunaraq götürülüb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki