Azərbaycanın sərbəst güləşçisi Hacımurad Məhəmmədsəidov Serbiyanın paytaxtı Belqradda keçirilən Fərdi Dünya Kubokunda yarımfinal görüşünə çıxıb.
Doğru.az xəbər verir ki, 92 kq çəki dərəcəsində çıxış edən idmançı finala gedən yolda Moldova təmsilçisi Georgi Rubayevlə üz-üzə gəlib.
Qarşılaşma 5:5 hesabı ilə başa çatsa da, son xal prinsipinə əsasən Rubayev finala vəsiqə qazanıb. Hacımurad Məhəmmədsəidov isə sabah bürünc medal uğrunda güləşəcək. Onun rəqibi Erhan Yaylacı (Türkiyə) – Mihay Nikolae Palagia (Rumıniya) cütünün qalibi olacaq.

























