image-n1karobka_ads
image-123
image-maxresdefaultbackend

“Sessiz Fırtına” Sibel Erdoğanın ifasında – VİDEO

Türkiyədə yaşayan azərbaycanlı söz yazarı və aktrisa Kama Peker (Kemale Peker) yenidən gündəmdədir. Onun sözlərini yazdığı, bəstəkar Aynur Adılqızının musiqisini bəstələdiyi “Sessiz Fırtına” adlı mahnını bu dəfə sənətçi Emrahın həyat yoldaşı Sibel Erdoğan ifa edib.

Doğru.az xəbər verir ki, mahnının mətnində Sezen Aksunun adı keçdiyi üçün, öncədən Sezen Aksudan rəsmi icazə alınıb. Tanınmış sənətçi bu əsəri bəyəndiyini bildirib və icazəsini verib.

Kama Pekerin bu layihəsi sosial mediada və sənət çevrələrində maraqla qarşılanıb. “Sessiz Fırtına” emosional melodiyası və dərin mətnilə dinləyicilərin rəğbətini qazanıb. Müasir musiqi tərzinə yeni nəfəs gətirən bu layihə həm Azərbaycan, həm də Türkiyə sənət ictimaiyyətində diqqət çəkib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki