image-ads_n1karobka_mobile
image-5f6d8ff335219-gulchyvxo-d2mlpbackend

Səudiyyə kralından İlham Əliyevə təbrik məktubu

İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. 

AZƏRTAC  xəbər verir ki, məktubda deyilir:

“Milli bayramınız – Respublika Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimizi çatdırırıq. Sizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Respublikası hökumətinə və xalqına davamlı inkişaf və rifah arzu edirik”.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki