image-n1karobka_ads
image-123
image-sevgilisinden-ayrilan-dua-lipa-telefon-16604717_1055_ampbackend

Sevgilisindən ayrılan Dua Lipa milyonlarla insana telefon nömrəsini verib

8 aylıq sevgilisindən ayrılan dünya şöhrətli müğənni Dua Lipa “Mənə mesaj göndər” deyərək telefon nömrəsini verib.

Müğənniyə qısa müddətdə minlərlə mesaj və zəng gəlib. Bir müddət əvvəl 8 aylıq sevgilisi Romain Qarvasla münasibətinə son qoyan dünya şöhrətli müğənni Dua Lipa son paylaşımı ilə insanları çaşdırıb. Lipa izləyicilərindən ona mesaj göndərmələrini istəyib və telefon nömrəsini verib.

10 milyon izləyicisi olduğu X hesabında telefon nömrəsini dərc edən britaniyalı müğənni “Mənə mesaj göndər” qeydini yazıb. Paylaşılan nömrə qısa zamanda minlərlə insanın mesajları və zəngləri ilə dolub. Lipanı axtaran pərəstişkarları həmin anları öz hesablarında paylaşmağı unutmayıblar.

Digər tərəfdən, paylaşılan nömrənin Dua Lipanın şəxsi xətti deyil, komandası tərəfindən idarə olunan bir mesaj cəmiyyəti olduğu iddia edilib.

Mənbə: Haberler.com

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki