image-2000x150px
image-comp-versiya
image-img_20210515_090548_696backend

“Sevinməyə vaxtımız yoxdur!” – Rəşad Sadıqov

image-728x90px

“Maraqlı oyun alındı. Çempionatın son matçları psixoloji cəhətdən çətin keçir”.

Doğru.az məlumatına görə, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov evdə “Səbail”ə 2:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXVII tur matçından sonra mətbuat konfransında deyib.

39 yaşlı mütəxəssis bildirib ki, ilk dəqiqədən futbolçular onlara verilən tapşırıqları yerinə yetiriblər: “İkinci hissəyə daha inamlı başladıq. Birinci qoldan sonra uşaqlarda hesabı qorumaq fikri formalaşdı. İkinci qolu vurduqdan sonra oyun daha çətin oldu”.

Sadıqov son turda “Sabah”la keçirəcəkləri matça köklənəcəklərini söyləyib: “Sevinməyə vaxtımız yoxdur. Çətin səfər oyunumuz var. Futbolçuların bu matçın məsuliyyətini başa düşür”.

DOĞRU.AZ

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki