image-n1karobka_ads
image-123
image-1749022081469257593_1200x630backend

Səyyar ASAN Xidmət regionlara yönəlib

Səyyar ASAN xidmət iyunun 2-dən başlayaraq Saatlı, Qax, Daşkəsən, Şabran, Cəlilabad, Ağdam, Ağsu, Zaqatala və Xırdalanda vətəndaşlara xidmət göstərir və proses ayın 25-dək davam edəcək.

Bu barədə Doğru.az-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, Səyyar ASAN xidmət avtobusları həftənin bazar ertəsi – cümə günləri saat 10:00-dan 17:00-dək fəaliyyət göstərir. Saat 13:00-dan 14:00-dək nahar fasiləsidir.

Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki