Rusiyanın “Şimal” qoşun qrupu dörd Ukrayna briqadasını məğlub etdi.
TASS xəbər verir ki, bu barədə qrupun mətbuat mərkəzinin rəhbəri Yaroslav Yakimkin məlumat verib.
“Qrupun Volçanski və Liptsovski istiqamətlərindəki bölmələri Zoloçev, Liptsov və Volçansk ərazilərində 43-cü mexanikləşdirilmiş, 92-ci hücum briqadası, 36-cı dəniz briqadası, Ukrayna Milli Qvardiyasının 13-cü briqadasının birləşmələrini məğlub edib”, – məlumatda deyilir.
Həmçinin Su-34 gecə saatlarında Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətindəki mövqelərinə FAB-500 bombaları atıb.
Həmçinin, Giatsint-B topunun ekipajı Kupyansk yaxınlığında Ukrayna Silahlı Qüvvələrinin Boqdan haubitsasını məhv edib
DOĞRU.AZ