image-n1karobka_ads
image-123
image-695ae119ae5ac95acb435114backend

Şimali Koreya hipersəs raket buraxılışı üzrə təlimlər keçirib

image-ad_qayo_720x110px

Şimali Koreya hipersəs raket buraxılışı üzrə hərbi təlimlər həyata keçirib.

Doğru.az xəbər verir ki, KCNA-nın yaydığı məlumatda bildirilir ki, təlimlərin məqsədi hipersəs silah sisteminin döyüş hazırlığını qiymətləndirmək, onun tapşırıqları yerinə yetirmə qabiliyyətini sınaqdan keçirmək və təsdiqləmək, həmçinin raket heyətlərinin atəş tətbiqi bacarıqlarını yoxlamaq olub. Bəyanata əsasən, bu təlimlər müharibənin qarşısını alan qüvvələrin müddətinin, effektivliyinin və mobilliyinin əməliyyat qiymətləndirilməsinin tərkib hissəsidir.

Təlimləri Şimali Koreya lideri Kim Çen In şəxsən müşahidə edib.

Məlumata görə, buraxılan raketlər Yapon dənizində təxminən 1000 kilometr məsafədə yerləşən təyin olunmuş hədəfləri dəqiq vurub.

Qeyd edək ki, bundan əvvəl Cənubi Koreyanın Yonhap agentliyi Şimali Koreyanın Yapon dənizi istiqamətində ballistik raket buraxdığını bildirmişdi.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki