image-n1karobka_ads
image-123
image-68b63298ae5ac9350a1a020dbackend

Şimali Koreya yeni nəsil Hwasong-20 raketi üçün mühərrik istehsal etdi

image-ad_qayo_720x110px

KXDR yeni nəsil Hwasong-20 qitələrarası ballistik raketi üçün nəzərdə tutulan bərk yanacaq mühərriki istehsal edib.

Doğru.az xəbər verir ki, bu barədə ölkənin mətbu orqanı KCNA məlumat yayıb. Bildirilib ki, mühərrik həm Hwasongpo-19, həm də yeni nəsil Hwasongpo-20 ICBM-lərində istifadə olunacaq.

Mənbəyə görə, karbon lifləri ilə gücləndirilmiş kompozit materialdan hazırlanan mühərrikin maksimum təkan qüvvəsi 1960 kN təşkil edir.

Xatırladaq ki, bir gün əvvəl Şimali Koreya lideri Kim Çen In ölkənin aparıcı hərbi sənaye müəssisələrindən birində yeni raket istehsalı sahəsinə baxış keçirib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki