image-ads_n1karobka_mobile
image-17074850025551112179_1200x630backend

Şirvanda 7 nəfərdən müxtəlif kalibrli ov silahları təhvil götürülüb

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü olaraq təhvil verilməsi istiqamətində profilaktik tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Doğru.az-ın bölgə müxbirinə verilən məlumata görə, aparılan tədbirlər nəticəsində 7 nəfər şəhər sakini müvafiq sənədləri olmayan, müxtəlif marka və kalibrli ov silahlarını könüllü olaraq polis əməkdaşlarına təhvil veriblər.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki